ABŞ-DA İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ LAYİHƏSİ QANUNLAŞA BİLƏR

0

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nümayəndələr Palatası, islamofobiya ilə mübarizə etməyi nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Nümayəndələr Palatasının ilk hicablı millət vəkili İlhan Omarın təqdim etdiyi “Beynəlxalq İslamofobiya ilə Mübarizə” adlı qanun layihəsi palatanın iclasında 212-yə qarşı 219 səslə qəbul edilib.

Qanun layihəsi daha sonra ölkə Senatında səsverməyə çıxarılacaq və burda da qəbul ediləcəyi təqdirdə imzalanmaq üçün ölkə prezidenti Jo Baydenə göndəriləcək.

Bu layihə qanunlaşdıqdan sonra ABŞ Dövlət Departamentinin (XİN) tərkibində islamofobiya ilə mübarizə üçün xüsusi ofis yaradılacaq və buraya Departament tərəfindən xüsusi nümayəndə təyin olunacaq.  

Qeyd edək ki, ötən gün Ağ evdən verilən açıqlamada prezident Jo Baydenin bu qanun layihəsinə dəstək verdiyi açıqlanmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XƏTTATLIQ SƏNƏTİ YUNESKO-NUN MƏDƏNİ İRS SİYAHISINA DAXİL EDİLİB

YUNESKO ərəb xəttatlığını Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib. Bu barədə qurumun tviter səhifəsində məlumat verilib. Xatırladaq ki, Səudiyyə Ərəbistanı...

Bağla