Amerikada müsəlman həkim xəstələrinin yarım milyon dollardan çox borcunu sildi.
BBC-nin xəbərinə görə ABŞ-ın Arkansas əyalətində Dr. Omar Atiq, 30 il əvvəl təsis etdiyi xərçəng müalicə mərkəzini bağlamağa qərar verib. Həkim borclu xəstələrin siyahısına baxanda bəzilərinin pandemiya səbəbindən maddi sıxıntı çəkdiyini görüb.
Atiq, əksəriyyəti borcunu ödəməyə gücü çatmayacaq 200 xəstənin 650 min dollarlıq borcunu silib.
Həkim xəstələrinə bu sözlər yazılmış açıqca göndərib:
“Ümidvaram ki, açıqcanı oxuyub özünüzü daha yaxşı hiss edəcəksiniz. Arkansas xərçənh klinikası sizə xidmət etdiyi üçün çox qürurludur. Müxtəlif sığortalar xəstələrin bəzi xərclərini qarşılasa da, bəzi şeylər məsrəfli ola bilir. Təəssüf ki, səhiyyə sistemimiz belə işləyir. Bu klinika siza 30 ildən çox xidmət etdi və bağlanma ərəfəsində sizin bu quruma olan borclarınızı da silməyi qərara alıb. Xeyirli tətillər.” – deyə açıqcada bildirilir.
ABC kanalında “Good Morning Amerika” proqramında iştirak edən Atiq bildirib ki, bu addımı atmaq üçün pandemiya dövründən daha yaxşı bir zaman olmayacağını fikirləşdik.
Qeyd edək ki, Pakistan əslli Omar Atiq, Little Rockda yerləşən Arkansas Tibb universitetində proffessor olaraq fəaliyyətinə davam edir.