ABŞ-ın Vircinia əyalətində müsəlman təşkilatın aldığı ərazidə qəbristanlıq salmağına mane olan bələdiyyə 500 min dollar təzminat ödəməyə məhkum edilib.
Məlumata görə, “Bütün Müsəlmanlar Dərnəyi” (AMAA) Stafford şəhərində öz vəsaiti hesabına aldığı ərazidə qəbristanlıqsalmaq istəyib. Stafford bələdiyyəsi isə nizamnamədə qeyri-leqal yollarla dəyişiklik edərək AMAA-nın bu təşəbbüsünün qarşısını alıb.
Problemi həll etməyə çalığan şəhər nəzarət şurası AMAA-nın haqlı olduğuna qərar verib və bələdiyyənin hərəkətini dini ayrı-seçkilik kimi dəyərləndirib.
Tərəflər arasında təmin edilən barışıq nəticəsində, Stafford bələdiyyəsi qəbristanlıq üçün izn sənədi ilə birlikdə islami təşkilata 500 min dollar ödəməyə məhkum edilib.
Məlumata görə, bələdiyyənin bu işə qarşı çıxmaq üçün qaldırdığı məhkəmə iddiasında AMAA özünü müdafiə etmək üçün 390 min dollardan çox pul xərcləyib.
AMAA-nın rəhbəri Musaddiq Çugtay müsəlmanların öz inanclarına uyğun dəfn edilməsinin vacib olduğunu deyib:
“Bütün dinlərdə olduğu kimi islamda da inanca uyğun dəfn edilmək önəmlidir. Ümidvaram ki, bütün bu çətinliklər arxada qalacaq və dini azadlıqların olduğunu görərək tikintiyə başlaya biləcəyik. Bütün din mənsublarının Stafforda eyniimtiyazlara sahib olmağını arzulayırıq.” – deyə Çugtay bildirib.