Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində “Müsəlman Konres Günü” keçiriləcək. ABŞ Müsəlmanları Təşkilatları Şurasının (USCMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə 470 nümayəndə heyətinin üzvü ilə fəallar iştirak edəcək. Tədbirdə əsasən müsəlmanları narahat edən mövzular müzakirə ediləcək.
Tədbirdə; ABŞ Nümayəndələr Palatasının müsəlmanların və etniklərin hüquqlarının qorunması barədə qəbul etdiyi qanun layihəsinin senatda təsdiq olunmağı, ABŞ Dövlət Departamenti yanında islamafobiya səfirinin təyin olunmağı, sabiq prezident Donald Trampın bəzi müsəlman ölkələrə tətbiq etdiyi viza məhdudiyyətinin ləğv olunmağı, Fələstində baş verən insan hüquqları pozulmağına görə İsrailin məsul tutulmağı və s bu kimi mövzuların müzakirə edilməyi planlaşdırılır.
USMCO-nun baş katibi Üsamə Camal bildirib ki, ABŞ-da siyasi arenalarda müsəlmanların özlərini göstərməyi və bunu genişlətməyi çox vacibdir.
Tədbirin iyunun 24-nə qədər davam edəcəyi bildirilir.
trthaber