ABŞ-da müsəlmanlara qarşı hadisələr əvvəlki ilə nisbətən 178 faiz artıb

0

ABŞ-da HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrail sərhədində həyata keçirdiyi hücumdan sonra müsəlman, Fələstin və İslamofobiya əleyhinə şikayətlərdə bir əvvəlki ilə nisbətən yüzdə 178 artım olduğu bildirilib.

ABŞ-da müsəlman vətəndaş hüquqlarını müdafiə edən ən böyük təşkilat olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) ölkədə son aylarda sürətlə artan nifrət və ayrı-seçkilik halları ilə bağlı məlumatları dərc edib.

CAIR, 2023-cü ilin son 3 ayında anti-müsəlman, anti-Fələstin və İslamofobiya hadisələri ilə bağlı cəmi 3578 şikayət aldıqlarını, bunun da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 178 faiz artım olduğunu vurğuladı.

Bu şikayətlər arasında 662 hadisə ilə iş yerində ayrı-seçkiliyin, 472 hadisə ilə nifrət cinayətləri və insidentlərinin, 448 hadisə ilə təhsil sahəsində ayrı-seçkiliyin olduğunu qeyd edən CAIR, ABŞ-da “müsəlman və Fələstin əleyhinə nifrət dalğasının davam etdiyini” qeyd edib.

ABŞ-da Co Bayden administrasiyası ölkədə 7 oktyabr 2023-cü ildən bəri artan müsəlman və antisemitizm nifrət nitqləri ilə mübarizə aparmaq üçün inanc əsaslı təşkilatlar və qruplar üçün “Təhlükəsizlik Bələdçisi” adlı kitabcıq nəşr edib.

Prezident Bayden açıqlamalarında ölkədə artan islamafobiya və antisemitizmi pisləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib. “Report”un...

Bağla