Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən rəy sorğusunda hər 10 nəfərdən 3 nəfəri hər hansı bir dinə sitayiş etmədiyini bildirib.
Pew Tədqiqat Mərkəzinin keçirdiyi anketə görə ölkədə özünü xristian hesab edənlərin nisbəti 10 il ərzində 75%-dən 63%-ə qədər azalıb.
Ölkədə sürətlə böyüyən və özünü “none” kimi tanıdan qrupun nisbəti 10 ildə 19%-dən 29%-ə qədər çoxalıb.
Pewin keçirdiyi son anketə görə ABŞ əhalisinin hər hansı bir dinə mənsub olmayan hissəsi 5 il ərzində 6%, 10 il ərzində 10%-ə qədər çoxalıb.
Hər gün dua etdiyini deyən və dini həyatının önəmli hissəsi kimi görən yetkin insanların sayında müntəzəm azalma müşahidə edilir.
ABŞ-da əhalinin əksəriyyətini təşkil edən xristian, xüsusilə də protestantların sayı sürətlə azalır. 10 il əvvəl gənc əhalinin 50%-ni əmələ gətirən dini icmanın, son anketdə 40%-ə qədər azaldığı məlum olub.