ABŞ-DA POLİS RƏİSİ TƏYİN EDİLƏN TÜRK QURANA ƏL BASARAQ İŞƏ BAŞLADI

0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) polis rəisliyinə təyin edilən türkiyəli müsəlman Qurani-Kərimə and içərək vəzifəsinin icrasına başlayıb.

İslamveirfan.com xəbər verir ki, hadisə ABŞ-ın Nyu Cersi əyalətinin Paterson şəhərində baş verib. Paterson şəhəri polis idarəsində 32 ildir fəaliyyət göstərən türk əslli İbrahim Mayk Baykora bu idarənin rəisi vəzifəsinə təyin edilib. Baykora müsəlmanların müqədəs kitabı Qurana and içərək vəzifəsinin icrasına başlayıb.

Andiçmə mərasimində Türkiyə diplomatik missiyasının nümayəndələri, Nyu York və Nyu Cersidə yaşayan Türk icmasının nümayəndələri, Paterson şəhər idarəsinin rəsmi şəxsləri  və Baykoranın ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Paterson bələdiyyə sədri Andre Sayer bunun, Amerikada tarixi bir addım olduğunu deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏR QİSSƏLƏRİNDƏN İBRƏTLƏR

Qurani-Kərim Uca Allahın kəlamı olduğu üçün bu kitabda heç bir şək-şübhəyə, artıq-əskiyə, boş və əbəs bir şeyə rast gəlmək mümkün...

Bağla