Amerika Birləşmiş Ştatlarında (ABŞ) “American Airlines” aviaşirkəti direktorlar şurasının sədri Duq Parker müsəlman işçilərin nə hiss etdiklərini anlamaq üçün oruc tutub.
Bu barədə Parker “LikedIn” social şəbəkə səhifəsindəki şəxsi səhifəsində paylaşım edib. O, şirkətdəki müsəlman əməkdaş qrupunun dəvəti ilə ötən həftə bir gün oruc tutduğunu qeyd edib.
“15 saat heç nə yeyib-içmədim. Günün axırında ac və susuz idim. Bu təcrübə mənim, müsəlman əməkdaşlarımıza və onların inanclarına olan sədaqətinə hörmətlə yanaşmağımı təmin etdi.” – deyə Parker paylaşımında bildirib.
Qeyd edək ki, Parkerin paylaşımı təqribən 14 min nəfər tərəfindən “like” edilib və 550-dən çox istifadəçi bu barədə şərh yazıb.