ABŞ-DAN ÇİNƏ “UYĞUR TÜRKLƏRİ SANKSİYASI”

0

ABŞ Senatı, Şərqi Türküstanda Uyğur türklərinə istiqamətlənmiş təzyiqlərə görə Çinə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Respublikaçı Marko Rubionun səyləri ilə gündəmə gətirilən və yekdilliklə qəbul edilən qanun layihəsi, Uyğur türklərinə və bölgədə yaşayan digər müsəlman etniklərə qarşı təzyiqlərə və zorakılıqlara görə məsuliyyət daşıyan dövlət rəsmilərinə sanksiya tətbiq edilməsini nəzərdə tutur.    

Bundan başqa layihədə ABŞ Dövlət Departamentindən, bölgədə insan hüquqlarının pozulmasına dair hesabat hazırlaması tələb olunur.

Qanun layihəsinin yaxın günlərdə Nümayəndələr palatasında səsverməyə çıxarılaraq imza üçün prezident Donald Trampa göndəriləcəyi gözlənilir.

Qanun layihəsinin qəbul edilməsindən sonra Marko Rubio şəxsi Twitter səhifəsində yazıb:

“Biraz əvvəl kobud rəftarına görə Çin kommunist partiyasının məsuliyyətə cəlb edilməsini nəzərdə tutan “Uyğur insan hüquqları” qanun layihəsini senatdan keçirdik. Ümidvaram ki, bu layihə sabah nümayəndələr palatasından da keçərək prezident Tramp tərəfindən imzalanacaq.”   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FACEBOOK MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ: BİZİM DƏ GÜNAHIMIZ VAR

Sosial şəbəkə saytı facebook, iki il əvvəl Şri-Lankada müsəlmanlara qarşı başladılan kütləvi zorakılıq hadisələrinə göstərdiyi təsiri səbəbilə müsəlmanlardan üzr istəyib....

Bağla