Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin hazırladığı illik qlobal insan hüquqları hesabatında, Şərqi Qüdsdə yaşayan fələstinlilər “ərəb sakinlər” və ya “İsrail vətəndaşı olmayanlar” kimi göstərilib. Rəsmi Vaşinqtonun bu addımı fələstinlilər tərəfindən etirazla qarşılanıb.
“Fələstin Azadlıq Təşkilatı” idarə heyətinin üzvü Hənan Əşravi qüdslülərin fələstinli olduğunu vurğulayıb:
“Qüdslülər fələstinlidir və əsrlədir orda yaşayırlar. Buna qərar vermək; fələstinlilərin kimliyini, tarixini, mədəniyyətini yox saymaqdır və onları yenidən adlandırmaq sadəcə məntiqsizlik yox, həm də vicdansızlıqdır.
Qeyd edək ki, Departamentin 2018-ci il hesabatında Şərqi Qüdsdə yaşayan ərəblər “Fələstinli vətəndaşlar” kimi göstərilmişdi.
Məlumata görə, Şərqi Qüdsdə 340 mindən çox fələstinli ərəb, 500 mindən çox israilli yaşayır.
euronews