ABŞ FƏLƏSTİN DÖVLƏTİNİN YARADILMASINDA İSRARLIDIR

0

ABŞ Dövlət Departamenti bölgədəki tərəfdaşları ilə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini həyata keçirmək üçün tələb olunan konkret tədbirlərlə bağlı məsləhətləşmələr aparır.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, administrasiyanın siyasəti dəyişməyib:

“Biz müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğumuzu açıq şəkildə bəyan etmişik. Bu məqsədə nail olmaq üçün administrasiya daxilində gördüyümüz işləri şərh etməyəcəyəm, lakin qeyd edim ki, buna nail olmağın bir çox yolu və müxtəlif ardıcıllıqla həyata keçirilməli olan tədbirlər var.

Və biz geniş seçimlərə baxırıq. Biz onları regiondakı tərəfdaşlarla, eləcə də ABŞ hökumətindəki tərəfdaşlarla müzakirə edirik. Lakin kursda heç bir dəyişiklik olmayıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAŞAR GÜLƏR ANKARADA AZƏRBAYCAN GENERALLARINI QƏBUL EDİB

Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generallarını qəbul edib. Bu barədə Türkiyə Milli Müdafiə...

Bağla