ABŞ-ın Minnesota əyalətinin Minneapolis şəhərindəki məscidlərdə azanın 3 vaxt səsgücləndirici ilə oxunmasına icazə verilib.
Şəhər məclisinin üzvü Camal Osmanın hazırladığı “Azanın ictimaiyyətə açıq oxunması” layihəsi bələdiyyə məclisində qəbul edilib.
Bunun tolerantlıq üçün doğru addım olduğunu deyən Camal Osman, hamının və hər dinin eyni hüquqlardan istifadə etməsi üçün görəcək çox işləri olduğunu vurğulayıb.
Bu qərara görə, müəzzinlər səs-küy tənzimlənməsində nəzərdə tutulan 70 destibel həddini aşmadan zöhr, əsr və məğrib namazları olmaqla gündə 3 dəfə azan oxuya biləcəklər.
ABŞ tarixində ilk dəfə 2004-cü ilə Miçiqan əyalətinin Hamtramk şəhərində azan oxunmasına izn verilmiş, bu icazə əyalətin müsəlmanların kompakt yaşadığı Dearborn şəhərində də tətbiq edilməyə başlamışdır.
Təqribən 30 min müsəlanın yaşadığı Nyu-Cersi əyaləti Paterson şəhərinin bələdiyyə məclisi 2020-ci ilin mart ayında azanın ictimaiyyətə açıq oxunmasına izn verib.