ABŞ-ın Delaver əyalət məclisində ramazan ayının müqəddəsliyini bildirən qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.
Əyalətin ilk müsəlman qadın millət vəkili Mədinə Vilson-Antonun dəstəyilə hazırlanan qanun layihəsi 21 məclis üzvündən 20-nin dəstəyi ilə səs vermədən keçib.
Beləliklə də əyalət məclisində ramazan ayının müqəddəsliyi rəsmən qəbul edilib.
Qanun layihəsində, Delavere əyalətindəki məktəb və iş yerlərində qanunvericiliyə uyğun olaraq müsəlmanların ramazan ayı və bayramını əqidələrinə görə yaşamaları imkanının verilməsi tələb olunub.