ABŞ-IN NYUARK ŞƏHƏRİNDƏ MÜSƏLMAN POLİSLƏR HİCAB GEYİNƏ BİLƏCƏK

0

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu Cersi əyalətinin Nyuark (Newark) şəhərində müsəlman qadın polislərin hicab geyinməsinə izn verilib.

Nyuark Xalq Təhlükəsizliyi Departamentinin rəisi Brian O`Hara hər cür inanca hörmət etdiklərini bildirib:

“Bu qərar insanların inanclarına hörmətlə yanaşdığımızın əyani nümayişinə yardımçı olacaq.” – deyə O`Hara bildirib.

Mayor Ras Baraka isə Nyuark polis departamentinin inancları səbəbilə müsəlman və sih polislərin saqqal saxlamağına izn verən ilk şəhər olduğunu deyib.  

Qeyd edək ki, Nyuark şəhərində bir müsəlman qadın polisin tələbi ilə iş vaxtı hicab getilməsinə izn verilib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTANLILAR VİRUSDAN QORUMAYAN BÜTLƏRİ PARÇALADILAR – VİDEO

Bütün dünyanı öz təsiri altına alan kovid-19 pandemiyası Hindistanda sürətlə yayılmağa davam edir. Ölkədə yoluxma və bu səbəblə ölüm sayı...

Bağla