ABŞ İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI İLƏ STRATEJİ DİALOQA BAŞLAYIR

0

ABŞ gələn həftə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə strateji dialoqa başlayır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Mayın 23-də İƏT-in baş katibi Hiseyn Brahim Taha Vaşinqtonda görüşlər keçirəcək.

“ABŞ və İƏT onilliklər boyu yaxın tərəfdaşlar olub və güclü iqtisadi, sosial və mədəni əlaqələrə malikdir. Bu, ABŞ-ı təkcə İƏT-in özü ilə deyil, ona üzv olan 57 ölkənin hamısı ilə əlaqələndirir. Dialoqun başlanması bizim artan əlaqələrimizin mühüm təsdiqidir”, – Prays qeyd edib.

İƏT rəhbəri ABŞ-da keçirəcəyi görüşlərdə iqlim dəyişikliyi ilə mübarizə, bütün dünyada insan hüquqlarının müdafiəsi və ekstremizmə qarşı mübarizə sahəsində irəliləyişləri nəzərdən keçirəcək.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GECƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən...

Bağla