Amerikada koronovirusa yoluxma hadisələrinin çoxalması ilə bu ölkədəki müsəlmanlar yardım kampaniyası başladıblar. Mərkəzi qərargahı Çikaqoda olan “Amerika Zəkat Fondu”nun (ZF) hədəfi 10 mindən çox insana ərzaq və gigiyenik təmizlik vasitələri çatdırmakdır. ZF həmçinin ehtiyacı olanlara online psixoloji dəstək verəcək.
ZF-nin təsisçisi Xəlil Dəmir, ərzaq və təmizlik vasitələrindən ibarət 10 min yardım paketini vətəndaşlara, kilsələrə və ictimai obyektlərə çatdıracaqlarını, min qədər paketin isə fond mərkəzindən birbaşa veriləcəyini deyib.
Çikaqo əyaləti Morton Krove bölgəsindəki “Müsəlman Tədris Mərkəzi”nin gənc könüllül əri isə covid-19 səbəbilə bayıra çıxa bilməyən yaşlıların market, aptek və s. bu kimi ehtiyaclarını qarşılamaq üçün səfərbər oldular. Mərkəzin kordinatoru Sarah Qadir bu yardımın ehtiyacı olan hər kəsə göstərildiyini, heç kimdən dini mənsubiyyətinin soruşulmadığını deyib.
Bundan başqa, “Penny Appeal USA” və “CelebrateMercy” İslami yardım təşkilatları “Nyu-York” universiteti İslam mərkəzi ilə birlikdə epidemiya səbəbindən işini itirmiş az gəlirli ailələr üçün yardım kampaniyası başladıb.