ABŞ VƏ TÜRKİYƏ RƏSMİLƏRİ QARABAĞI MÜZAKİRƏ EDİBLƏR

0

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.

Türkiyə mətbuatı xəbər verir ki, danışıqlarda Romada keçirilən “Böyük İyirmilik” (G20) ölkələrinin sammitində Türkiyə və ABŞ prezidentləri arasında razılaşdırılmış ortaq strateji mexanizmin detalları müzakirə edilib.

Telefon söhbəti zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər (Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmə qarşı mübarizə, Liviyadakı siyasi proseslər və seçkilər, Belarus-Polşa sərhədində və Şərqi Aralıq dənizindəki gərginlik) müzakirə edilib.

Tərəflər, həmçinin Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində sülhün və sabitliyin daimi olması ilə bağlı müzakirələr aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AĞDAMIN ERMƏNİ İŞĞALINDAN AZAD OLUNMASINDAN BİR İL ÖTÜR

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. “Report” xatırladır ki, Ağdam rayonu Azərbaycan Prezidenti...

Bağla