ADƏT-ƏNƏNƏLƏRİN DİNİMİZDƏKİ YERİ

0

Dinimizdə adət-ənənələr ümumi olaraq qəbul və ya rədd edilmək əvəzinə dinin təməl əsaslarına müvafiq olub-olmaması baxımından qiymətləndirilmiş və bu əsaslara müvafiq olanlar qəbul edilmiş, olmayanlar isə rədd edilmişdir. Bu baxımdan bəzi adət-ənənələr dinimizdə hüququn (fiqhi məsələlərin) mənbəyi kimi qəbul edilmişdir. Hz. Peyğəmbərimiz (s.ə.s) İslamdan əvvəl üzv olduğu hilfül-füzul cəmiyyəti haqqında belə buyurmuşdur: “Abdullah ibn Cüdanın evində dünyalara dəyişməyəcəyim bir müqavilədə iştirak etmişdim. İslamdan sonra da belə bir müqaviləyə dəvət olunsam, dərhal qəbul edərəm”. Buradan aydın olur ki, Hz. Peyğəmbər (s.ə.s) adət-ənənələri bütövlüklə rədd etməmiş, məqsədəuyğun olanları qəbul etmişdir. Bundan başqa, Hz. Peyğəmbərin (s.ə.s) İslamdan əvvəl də mövcud olan müxtəlif müqavilə növləri və digər hərəkətləri müsbət qarşılaması adət-ənənənin dini-hüquqi məsələlərin ən mühüm mənbələrindən sayıldığına dəlalət edir.

İslam dininin adət-ənənələr qarşısındakı mövqeyi bunların dinin ümumi prinsiplərinə uyğunluğuna, əxlaqi və insani baxımdan daşıdığı dəyərə bağlı olmuşdur. Odur ki, İslam əqidəsini zədələməmək, əxlaq normalarına zidd olmamaq şərti ilə insanların xeyrinə olan tətbiqatın, davranışların, hərəkətlərin cəmiyyətdə yayılaraq adət-ənənəyə çevrilməsində hər hansı bir qəbahət yoxdur.

Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏBU ZƏR (R.A)

Aləmlərə rəhmət olaraq gondərilən peyğəmbərimizin təbliğ missiyasının ən təsir edici məqamlarından birisi Allahın hökmlərini  özünəməxsus yumşaqlıqla anlatması, yaşaması və zamanla ...

Bağla