ADIN NƏ DEYİR?

0

Qədim zamanlardan bəri uşağa ad qoyma məsələsi öz özlüyündə böyük bir adət ənənə halında davam etmişdir. Ad qoymaq üçün “ad qoyan” mütəxəssislər var idi və bu məqsədlə xüsusi tədbirlər təşkil olnardı. Məsələn, adını çox eşitdiyimiz Dədə Qorqud bu mütəxəssislərdən biri olub tarixdə. Dinimizdə “ad qoymaq” məsələsi çox həssas məsələ kimi təqdim olunur. Qurani Kərimə baxdığımız zaman bir çox ayədə bu mövzu işıqlandırılıb. Əli-İmran surəsi 36-cı ayədə (Məryəmin anasının dilindən) belə buyrulur: “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun Şeytandan Sənə tapşırıram”. Məryəm surəsi 7-ci ayədə Rəbbimiz belə buyurur: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”. Bu son ayəyə görə Yəhya peyğəmbərin adı Allah tərəfindən qoyulub. Dəməli, ad qoyma məsələsi çox şərəfli bir işdir. Adəm peyğəmbərə Allah tərəfindən “isimlərin”, yaxud hər şeyin “adlarının” birbaşa öyrədilməsi hadisəsi “ad qoymağın” əhəmiyyətini ifadə edir. Peyğəmbər aleyhissalam bəzi adları xoşlamadığı və bu ad sahiblərindən adlarını dəyişdirmələrini istəməsi də bu məsələnin önəmini vurğulayır (Müslim, Ədəb, 16/ Tirmizi, Ədəb, 66). Quranda insanlara pis ləqəb və ad qoymağın qadağan olması ayrıca diqqətəlayiqdir (Hücürat, 11). Hər bir adın özünəməxsus gücü, enerjisi, frekansı və “ sehirli” təsiri var. Hər bir ad sahibi öz adı ilə həmhal olaraq böyüyür. Təkrarlanan bu ad və onun təsirləri insanın xasiyyətinə çevrilir. “Akrofonoloji” elmi, məhz adları və xüsusiyyətlərini araşdıran bir elmdir. İslam mədəniyyət tarixində yazılan “hərflərin elmi”nə dair kitablar (“Kuşeyrinin “Risaləsi”ndə bəhs olunduğu kimi) bizə adların insan üzərindəki danılmaz təsirlərindən bəhs edir. Bir hədislə məqaləyə xitam verək. “Siz qiyamət günündə öz adlarınızla və atalarınızın adlarıyla çağrılacaqsınız, elə isə gözəl adlar qoyun” buyuraraq (Əbu Davud, Ədəb, 61) uşaqlara gözəl ad qoymağa təşviq edir. Peyğəmbər aleyhissalam əfəndimiz bir çox hədislərində insanları gözəl ad qoymağa çağırmışdır.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: TOVUZ RAYONU İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun...

Bağla