AFRİKALI UŞAQLARIN QURANİ-KƏRİM SEVİNCİ – FOTO

0

Afrika qitəsinin qərbində yerləşən, 4 milyonluq əhalisinin əksəriyyətinin müsəlman olduğu Mavritaniyada uşaqlara müqəddəs Qurani-Kərim kitabı paylanıb.

“Hədiyyəm Quran olsun” kampaniyası Türkiyə Diyanət Vəqfi (TDV) və “Diyanət İşləri Türk İslam Birliyi”nin (DİTİB)Almaniya şöbəsinin  müştərək əməkdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, əksər Afrika ölkəsi kimi Mavritaniyada da Quran və hafizlik təliminə böyük əhəmiyyət verilir. Burada uşaqlar Quran oxumağı və əzbərləməyi ənənəvi olaraq “Luh” adlı taxta lövhələrdə təlim edirlər.

Keçirilən kampaniya çərçivəsində 10 min nəfərə Qurani-Kərim paylanması planlaşdırılır.

Türkiyəli xeyirxahların ianəsi ilə baş tutan kampaniyanın məqsədi mavritaniyalı uşaqların hafizlik təliminə dəstək verməkdir.

Haber7.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDAKI DİNİ LİDERLƏRİN AĞDAMA SƏFƏRİ BAŞLAYIB

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb. Məlumata görə, səfər çərçivəsində din xadimləri...

Bağla