AĞDAMDA PARTLAYIŞ BAŞ VERİB, 1 HƏRBÇİMİZ ŞƏHİD OLUB, 2-Sİ YARALANIB

0

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu şəhid olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN VƏTƏNDAŞLARINA MÜRACİƏT EDİB

"Siz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Azad edilmiş torpaqların minalardan təmizlənməsi...

Bağla