AİLƏ CƏNNƏT QAPISIDIR!

0

Allahın nizamı olan ailə və evlilik müəssisəsi bəşəriyyətin ortaq adətidir. Ailə insanın ən fitri ehtiyacı və varlığını sürdürə bilmə yeridir. Ailə ilahi bir qanun olaraq insanın daxilinə və müqəddəs kitablara qoyulmuşdur.

Dünyanın bütün zaman və məkanlarında üsulları fərqli olmaqla birlikdə dünyanın kiçik modeli olan insanın bir ailə içərisində varlığını sürdürdüyünü görürük. Bütün insanlar ailə deyilən yuvada açarlar gözlərini dünyaya. Ailə insanın ilk sevgi yuvası, mədəniyyət ocağı, qəlbinə və zehninə təməl daşlarının qoyulduğu ibtidai məktəbdir. Ata ilə ana da ilk müəllimlərdir.

Fitrətin gərəyini, ilahi hökmlərin hikmətini, Hz. Peyğəmbərin sünnəsini, ağsaqqalların və ağbirçəklərin duasını əsas alaraq qurulan ailələr səadət dayanacaqları, sevgi oataqlarıdır. Belə bir ailə qurmağın üsulunu Hz. Peyğəmbər zənginlik, əsalət, gözəllikdən öncə dindarlığın əsas alınmasıyla gerçəkləşə biləcəyinə işarə etməkdədir. (Müslim, Rada 54)

Bu hədisi şərh edən Hz. Mövlana belə buyurur:

Böyük bir adamın oğlu olmaq da bir şey deyil. Bu cür gənclər malla, mülklə təkəbbürlənər. Bir çox böyük adamların oğulları vardır ki, pislik edər, etdiyi pis işlər səbəbindən atasını üzüqara edər.” (Məsnəvi, 6/258)

Hz. Peyğəmbər “Dünya bir keçimdən ibarətdir. Bu keçim dünyasının ən gözəl neməti də saleh qadındır.” (Müslim, Rada 17) buyuraraq bər-bəzəkli dünyanın gözəlliyinə aldanmadan dindar və saleh bir kişi ilə evliliyində böyük əhəmiyyət ərz etdiyi anlaşılmalıdır. Lakin ailədə səadətin davamı üçün qadın kişidən daha böyük yer tutmaqdadır. Bir bəşərə verilə biləcək ən böyük əhəmiyyətə işarə edən “Cənnət anaların ayaqları altındadır” sərlövhəsi buna işarədir.

Hz. Mövlana Rəsulullahın “Evlənin və çoxalın. Mən sizin çoxluğunuzla iftixar edəcəyəm” tövsiyəsini başqa cəhətdən ələ alaraq belə deyir: “Evlilik (şeytanın toruna düşməmək üçün) “lə havlə” deməyə bənzəyər. Madam ki, yeyib-içməyə düşkünsən, vaxt keçirmədən evlən ki, şəhvət səni bəlaya salmasın.” (Məsnəvi, 5/1375-1377)

Hz. Mövlananın bu sözlərini oxuduqdan sonra bir müddət düşündüm. Burada insana böyük bir xəbərdarlıq var. İblisin azdırıcı təkliflərinə “lə havlə və lə quvvətə illə billəhil-aliyyil-azim” demək Allahın nizamına tabe olub nikah kəsdirməkdir. Nə qədər könül adamı tanıdımsa, hamısı evlənməyi tövsiyə edir, evləndirməyə çalışırdı. Buna əlavə olaraq Hz. Peyğəmbərin boşanmağı “ən bəyənilməyən halal” olaraq tərif etməsi ağlımdan çıxmıdrdı.

Yuxarıda verilən məlumatlardan bixəbər, ağlını və nəfsini ilahlaşdıraraq bir növ münəzzəh varlıq şəklinə bürünmüş modern insan təəssüf olsun ki, ailə faciəsi yaşamaqdadır. Qərb dünyasında və dünyasını qərbliləşdirən toplumlarda boşanma hadisəsi yüzdə 40%-ə çatmışdır. Təəssüflər olsun ki, bu dəbə müsəlman olan ölkələrin müsəlman kimi həyat sürdüyünü iddia edən insanları da qapılmaqdadır.

Bunun üç səbəbi vardır. Birinci; bütün insanlığın ehmalkarlığıdır. Bu da ailələr qurularkən ilahi əhkamın və duanın bir o qədər də əsas alınmamasıdır. Evliliyin dünya və axirət səadətinə vasil ola bilmək üçün həyata keçirilən əqd olduğunu unudub, ticari əqd kimi düşünərək iki tərəfi bağlayan sevgi mayasının mənfəətlə yer dəyişməsidir. İkinci ünsür xüsusilə müsəlmanları əlaqədar edir. Bu isə dünyəviləşən müsəlmanların sirati-müstəqimdən yavaş-yavaş uzaqlaşmalarının tamaən yoldan çıxmalarına səbəb olmaqdadır. Halbuki din harama gedən yolları da qadağan etmişdir. Üçüncüsü isə “müasirləşmə”yin əsəridir. İlahi ehkam qadın və kişinin fitrətini əsas alaraq mükəlləf qəbul etdiyi halda müasir dünyanın qadını qadınlaşaraq deyil, birbaşa qiyafət və nitqi başda olmaq üzrə günlük həyatında kişiləşərək qadın haqlarının ardınca düşməyə başlamışdır. Bu istiqamətdə yönləndirilməkdə və bu halın hürriyyətin ifadəsi olduğu aşılanmaqdadır. Nəticədə ya heç evlənmədən, ya da evli isə kiçik anlaşmazlıq qarşısında asanlıqla ayrılaraq təkbaşına həyat sürməyə çaışmaqdadır. Çünki ona yeridilən fikirlərə görə varlığını ancaq belə isbat edə bilər. Elə faciə də burada başlayır. Çəkilən səfalətləri saymaq buna əlavədir. Ancaq bunun nəticəsində ana bətnində ağlayaraq can verən körpələr, ata-anasını tanımadan uşaq evlərinə verilən azyaşlılar, sevgini lüğətdən oxuyan gənclərin sayı sürətlə artmaqdadır. Halbuki uşağın ən böyük qidası sevgi deyilmi?

Ata və ana ailədə sevgini tamamlayan iki qaynaqdır və bu iki çeşmənin suyundan qidalanan qönçələr yalnız gözəl gül olur.

Unutmayaq ki, ata-ana olmaq asan, ancaq analıq və atalıq etmək çox çətindir.

Dünyanı düzəltməyin yolu insanı düzəltməkdən keçirsə, bunun ilk məktəbi ailədir.

Ailədə səadətin üç əsası: sevgi, məsuliyyət və səbirdir.

Dəyərlərin mühafizə qalası olan ailə müəssisəsi texnologiya ilə işğal altına alınməşdır. Gəlin insani və islami dəyərlərimizin bu son qalasını mühasirəyə aldırmadan ilahi bir dərgah halına gətirək.

Orada alınlar səcdələrdə birləşib merac müjdələri alsın.

Quranlar oxunsun, cənnət mehi əssin.

Cənnətə açılan bir qapı olsun ailəmiz.

Dr. İbrahim BAZ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAM MEMARLIĞI VƏ MƏBƏDLƏR

Təbiidir ki, VII əsrdə müsəlmanların gəlişindən sonra Azərbaycanda İslam dininin yayılması ilə bağlı olaraq memarlığın da inkişaf yönü dəyişdi.

Bağla