AK Parti: “Azərbaycan Prezidentinin Qranada görüşündən imtina etməsini təqdir edirik”

0

“Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edirik”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik mətbuata açıqlamasında deyib.

O bildirib ki, Fransa uzun müddət Ermənistanı müdafiə edib: “Fransanın beştərəfli görüşdə iştirak etməsi, Türkiyənin iştirak etməməsi yolverilməzdir. Azərbaycan Prezidenti də bununla bağlı mövqeyini ortaya qoydu”.

Ö.Çəlik söyləyib ki, Fransa hələ də Ermənistanın işğalçı olduğunu demir: “Azərbaycan isə öz işini çoxdan həll edib. Artıq Qarabağ məsələsi həllini tapıb”.

AK Parti nümayəndəsi qeyd edib ki, beynəlxalq ictimaiyyət sülh istəsəydi, Türkiyənin görüşdə iştirakında maraqlı olardı.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan İspaniyada planlaşdırılan görüşdən, Türkiyə dəvət edilmədiyi üçün imtina edib

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib. Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin...

Bağla