“Fransa Prezidenti Makronun sivilizasiya anlayışını ona hədiyyə edirik. Makronun sivilizasiya anlayışına görə, Azərbaycandakı qardaşlarımızı dəstəkləməməliyik, Kiprdəki hüquq və mənafelərimizdən əl çəkməliyik. Bunu etməyəcəyik”.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə AK Partiya Mərkəzi Qərargahında keçirilən toplantıdan sonra mətbuat nümayəndələri qarşısında çıxış edərkən deyib.
Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Avropa Birliyinin və Avropa sivilizasiyasının bir parçası ola bilməyəcəyi ilə bağlı açıqlamalarına reaksiya verən AK Partiya sözçüsü Ömər Çelik əlavə edib: “Biz ona sivilizasiya anlayışını veririk. Mədəniyyət anlayışını ona hədiyyə edirik”, – deyib.
O, qeyd edib ki, Türkiyənin fəaliyyətinə imperiya fəaliyyəti daxil deyil. Rəsmi Ankaranın fəaliyyəti həm öz suveren hüquqlarının müdafiəsi, həm də müxtəlif qitələrdə həyata keçirdiyi siyasətlə bağlıdır: “Cənab Makronun bütün xarici siyasət səfərbərliyi, xüsusən son bir neçə ildə Ərdoğan və Türkiyənin müxalifəti üzərindədir. Bu Liviyada kütləvi məzarlıqlar haqqında nə deyir? Əlcəzairlə bağlı bir məsələ gündəmə gələndə deyir ki, koloniyadan əvvəl Əlcəzair milliyyəti olmayıb. Makronun ədəbiyyata daxil olacaq və ifrat sağçıların iddiaları ilə yan-yana gedəcək çoxlu sözləri var.
Report