ALƏMDƏ İNSAN

0

Uca Allah əl-Hayy gözəl adıyla varlıq aləmində təcəlli etmiş, canlı varlıqları yaratmışdır. Yer üzündəki canlı varlıqlar şəxsən canlı və diri olmaları ilə uca Yaradıcının varlığını; Onun canlı və diri xüsusiyyətlərə sahib olduğunu sübut edir.

Cənabı Allahdan başqa, yer üzü ilə səmadakı maddi, mənəvi bütün əşya və varlıqlar, Kainat, bütün yaradılmışlar aləmi meydana gətirir. Kainatdakı bütün varlıqların hər bir növü də ayrı bir aləm deməkdir. Cinlər aləmi, insan aləmi, ruhlar aləmi, heyvanlar aləmi, mələklər aləmi və s. Bu saydığımız aləmlərin hər biri də öz arasında bir çox aləm və növə ayrılır. Bütün bunlar, yəni kainat, özündən başqa bir varlığın mövcud olduğuna şahiddir. Bunlar Allahın varlığının ən böyük dəlili və əlaməti olduğundan ötəri aləm adını almışdır.

Quran “Aləmlərin Rəbbi” deyərkən, kainatdakı bütün varlıqları və təsnif etdiyi “Aləm”i nəzərdə tutur. Aləm sözü ümumiyyətlə Qurani Kərimdə çox istifadə edilir. Bununla yanaşı İslam dinində, dünya və axirət aləmləri olaraq da iki ayrı aləm göstərilir. Dünya və axirətdə olan bütün varlıqlar o aləmi, hamısı birlikdə isə kainatı meydana gətirir. Bunların da yaradıcısı Allahdır. Dünya və axirət aləmləri söz etibarilə dünya “əvvəl”, “sonra” mənasını verən axirət isə, sonra yaşanacaq bir aləmdir. Dünya aləminin digər adı “Fani” yəni “keçici aləm”; axirətin digər adı isə “baqi aləm”dir. Bu iki aləm yalan aləm (dünya) və gerçək aləm (axirət) şəklində istifadə edildiyi kimi, mükəlləfiyyət və məsuliyyət dünyası cəza və mükafat aləmi şəklində də ifadə edilir. Bu səbəbdən dünya ilk aləm, axirət də son aləm olur.

Cənabı Haqq Araf surəsində: “Şübhəsiz Rəbbiniz yeri, göyü altı gündə yaradan, sonra Ərşə hökm edəndir. O, gecə ilə onu dayanmadan izləyən gündüzü bürüyər. Əmrinə tabe olan günəş, ay və ulduzları da yaratmışdır. Yaxşı bilin ki, yaratmaq və (insanlara) əmr etmək tək ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah ucalar ucasıdır”. (Araf, 7/54) buyuraraq kainatın, aləmin necə yaradıldığını, bunun rəhbərliyinin kimin əlində, hökm etmə haqqının kimdə olduğunu bildirərək aləmin ikiyə ayrıldığını, bunlardan birinin “Əmr aləmi”, digərinin “Xəlq (yaratma) aləmi” olduğunu ifadə edir.

Əmr aləminə, qeyb, mələkut, cəbərut, ruhani, nurani, ülvi və mənəvi aləm adı verildiyi kimi, xəlq aləminə də şahidlik, mülk, zülmani, cismani, maddi aləm deyilmişdir. Hər iki aləm birlikdə və eyni anda mövcuddur. Əmr aləminə ruhani və mənəvi aləm də deyilir. Əmr və xəlq aləmləri yaradıldıqdan sonra iç-içə olmuş insanın bu iki aləmdəki əlaqələri də bir-birləriylə daim bağlıdır. Bu halda xəlq aləmi maddi və cismanidir. Belə ki, onlar eyni zaman və məkan içində birlikdədir. Eynilə ruh ilə bədənin birlikdə olduğu kimi. Əmr, yəni ruhani aləm zaman və məkana ehtiyac duymaz. Alimlər bu aləmin üzərində dayanaraq, ruhani aləmə saleh əməl, ilham, eşq və kəşf ilə nüfuz etməyə çalışırlar. Onların gəldikləri qənaətə görə aləmin beş ayrı mərtəbəsi vardır:

1-Uluhiyyət mərtəbəsi

2-Ruhlar mərtəbəsi (Əmr aləmi)

3-Misal aləmi

4-Cisim aləmi,

5-İnsanı Kamil (yetkin insan)

Bunlar da öz növbəsində aşağıdakı kimi izah olunur.

Aləmi Əla: Ən uca aləm demək olub kainatı yaradan Rabbül-aləminin Ağalıq aləmidir.

Bərzah aləmi (boğaz): Bərzah, iki şey arasına olan maneə, iki obyekti bir-birindən ayıran şey deməkdir. Dünya ilə axirət arasında olduğu üçün ölüm anından qiyamətə, insanların təkrar dirilmələrinə qədər keçəcək zamana da Bərzah deyilmişdir.

İslami bir termin olaraq bərzah aləmi isə insanların ölüm anından etibarən ruhlarının getdiyi və qiyamətə qədər müvəqqəti qaldığı yerə deyilir. (Ö. N. Bilməyin, İzah edilən Elmi Kəlam, s. 247). Bu, axirət həyatının ilk mərhələsidir.

Öldükdə bədən həyatiliyini itirər. Lakin ruh ölməz. Ruh bədəni tərk edincə daha üstün bir aləm olan Bərzaha aləminə keçər. Qiyamətdə, insanların təkrar dirildilməsinə qədər orada qalar.

İnsan ruhunun üç mərhələsi vardır:

a-Dünyada bədənimizdəki vəziyyəti,

b-Öldükdən sonra bərzahdakı aləmi vəziyyəti,

c-Axirətdə təkrar dirilmə ilə başlayan vəziyyəti.

Dünyada ruhumuz bədənimizlə bərabərdir. Xoşbəxtlik və bədbəxtliyi, kədər və sevinci ruhumuz bədənimizlə birlikdə dadar. Axirətdə, təkrar dirilincə də vəziyyət belə olacaq.

Bərzahda aləmində isə əzab və neməti dadan yalnız ruhdur. Hərçənd insan bu dünyada etdiyi yaxşı və ya pis əməlinin qarşılığını axirətdə təkrar dirildikdən sonra görəcək. Amma bərzah aləmində də bunu az və ya çox dadacaq. Qurani Kərimin bildirdiyinə görə aləmi bərzahda Firon və yandaşları kimi kafirlər əzab görəcəklər, “Gözəl əməl işləyən möminlər isə Allahın mükafat və nemətinə məzhər olacaqlar”. (Ali İmran, 3/169-171).

Ruhun aləmi bərzahdakı vəziyyəti, insanın yuxu halına bənzədilə bilər. İnsanın yuxu halı necə ki, yaşayışla ölüm arasında başqa bir aləmdir; bunun kimi aləmi bərzah da dünya həyatı ilə axirət həyatı arasında olan, lakin tamamilə dəyişik bir aləmdir.

Cəbərut aləmi: Təsəvvüf; bir termin olaraq Cəbərut; cəbr və məcbur etmə deməkdir. İlahi qüdrət və iradənin təsirli olduğu aləmə cəbərut aləmi adı verilmişdir. Burada insan və ya başqa heç bir məxluqun güc və iradəsi təsirli deyil. Söz olaraq İbrani dilində qüdrət mənasını verən “Geburah” sözündən gəldiyi bilinir. Cəbərut aləmi; mülk aləmi ilə Mələkut aləmi arasındadır. Yəni orta aləm olan Cəbərut aləmi, üstdə olan Lahut aləmi ilə altda olan Mələkut aləminin ortasıdır. (Cürcani, Kitabut-Tarifat, Cəbərut mad.)

Başqa bir tərifə görə isə, Cəbərut Aləmi Allahın təqdirinin, yəni qəzasının olduğu yerdir.

Əmr aləmi: Maddi olmayan, ağıl və hisslə qavranmayan aləmdir. Əmr aləmi ilə Xəlq aləminin üstündəki hər şey ağla və hissə bağlıdır. Ruh və Mələklər bu aləmə daxildir. Buna Qeyb aləmi və Mələkut aləmi də deyirlər.

Ərvah aləmi: Ruhlar aləmi demək olub insan ruhlarının bədən vasitəsiylə dünya həyatına qovuşmadan və öldükdən sonra olduğu yerə verilən addır. Dünyaya gəlib insanın bədəninə girən ruh daim bu əsl vətəni üçün darıxır. Bu ayrılıq dövründə, yəni dünyada insan bədənində olarkən qərib sayılır. Burada yaradılmış olan ruhlar, həm özlərini, həm də digər ruhları tanıyırlar.

Əsma və Sifət aləmi: Cənabı Allahın ad və sifətlərinin bilindiyi aləmdir.

Xəlq aləmi: Məxluqat yəni yaradılmışlar aləmidir. Əmr aləminin əleyhdarı olan Xalq aləmi; maddə, əşya və ayan aləmidir. Burada səbəb-nəticə əlaqəsi etibarlı olub hər şey ağıl və duyğu orqanları ilə bilinir. Xəlq aləmi, Əmr aləminə bağlıdır. Müxtəlif səbəb və hikmətlərə görə tədrici bir şəkildə yaradılmışdır. Buna eyni zamanda Mülk aləmi və ya şahidlik aləmi də deyilir.

Kübra aləmi: Ən böyük aləm mənasında olub buna Əkbər aləmi adı da verilir. Suğra aləminin əksinə olaraq görülən Kübra Aləminə xarici görünüşə görə kainat deyilir. Buna görə Suğra Aləmi də insanın özüdür. Bunun üçün fəlsəfə və təsəvvüfdə bu iki aləm belə ifadə edilir: “Aləm böyük bir insandır. İnsan isə kiçik bir aləmdir”. Bu da insan quruluşu ilə kainat arasındakı bənzərlikdən qaynaqlanır. Çünki insan maddi bir bədənə, eşidən bir ruha və düşünən bir ağıla malikdir. İnsanı əhatə edən kainat da bu üç aləmdən ibarətdir.

Mələkut Aləmi: Təsəvvüfü bir təbir olub, Mülk aləmi ilə Cəbərut aləmindən sonrakı aləmdir. Buna “Qeyb Aləmi” də deyilir. Məna və ruh aləmidir. İslam filosof və alimlərinə görə Mələkut aləmi duyğularla qəbul edilən kainatın xaricində qalan, tək düşüncədə yaşayan və görünməyən varlıqların olduğu aləmdir.

Misal aləmi: Ruhlar aləmi ilə cisim aləmi arasında olan bir keçid aləmidir. Bunun digər adı “Bərzah aləmi”dır.

Mülk aləmi: Xəlq aləmi olaraq da bilinən Mülk aləmi dünyanın özüdür. Buna Şahidlik aləmi də deyilir.

Suğra aləmi: Ən kiçik aləm deməkdir. Bu da insanın özüdür. Aləmi Kübranın qarşılığı olaraq qəbul edilir. İnsan kiçik aləm; aləm isə, böyük insandır. İnsan ilə kainat arasında əlaqə yaradanlar kainatda var olan hər şeyin bir bənzərinin insanda da var olduğunu qəbul etmişlər. Bu da bir fəlsəfə və təsəvvüf təbiridir.

Gülnarə Seyidova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏR ANA BİR MƏKTƏBDİR!

           Ana-ataya hörmət çox vacibdir. Hər ana övladını əvvəlcə doqquz ay bətnində daha sonra da bir...

Bağla