Albaniyanın paytaxtı Tirana şəhərində “Dine Hoca” məscidində bir nəfərin bıçaqlı hücumu nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bu barədə məlumat verən Tirana polis idarəsi 1 nəfərin naməlum səbəbdən məsciddə camaata hücum edərək 5 nəfəri kəsici alətlə yaraladığını bildirib.
Həmçinin, hadisəni törədən Albaniya vətəndaşı 34 yaşlı Rudolf Nikollinin polisin müdaxiləsi ilə zərərsizləşdirildiyi və saxlanıldığı qeyd edilib.
Polis rəsmisinin açıqlamasına görə yaralılar ilkin tibbi müdaxilədən sonra dərhal xəstəxanaya çatdırılıb və onların həyatı üçün təhlükə yoxdur.
Hadisənin səbəblərinin aydınladılması üçün istintaq davam edir.
“Anadolu” agentliyi