Əbu Umamədən (Allah ondan razı qalsın!) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v.) belə buyurdu: “Alimin abidədən üstünlüyü, mənim sizdən ən aşağı dərəcədə olandan üstünlüyüm kimidir”. Sonra Rəsulullah (s.ə.v.) sözlərinə belə davam etdi: “Həqiqətən, Allah, Onun mələkləri, göylərin və yerin əhli, hətta yuvalarındakı qarışqalar və balıqlar da insanlara yaxşılıq öyrədənlərə dua edərlər” (Tirmizi: Elm, 19).
Ebu’d-Dərdanın (Allah ondan razı qalsın!) nəql etdiyi başqa bir hədisdə Allah Rəsulu Aaimlə abid arasındakı fərqə belə diqqət çəkmişdir: “İnsan elm almaq istəyi ilə bir yola getsə, Allah onun üçün cənnətə gedən yolu asanlaşdırar. Şübhəsiz ki, mələklər elm istəyən adamın gördüyü işdən razı qaldıqları üçün onun üzərinə qanad açarlar. Göylər və yer, hətta suda olan balıqlar belə, alim üçün Allahdan bağışlanma diləyirlər. Alimin ibadət edənlərdən üstünlüyü ayın digər ulduzlardan üstünlüyü kimidir. Peyğəmbərlər qızıl və gümüşü miras qoymurlar; sadəcə elmi miras qoyurlar. Elmə varis olana bol səadət və səadət çatar” (Əbu Davud: Elm, 1; Tirmizi: Elm, 19; Buxari: Elm, 10).
Alim və abid zümrəsi Allah təalanın hüzurunda ən fəzilətli zümrələrdən ikisidir. Alim, Allaha iman edən, Qurani–Kərimə və Həzrət Muhəmmədin (s.ə.v.) sünnətinə əməl edən, onlara görə həyatını davam etdirən və öyrəndiklərini digər müsəlmanlara öyrədən kimsədir. Alimlər fərz ibadətlərinin xaricində qalan vaxtlarını elm öyrənməyə sərf edərlər. Abid isə fərz bilikləri öyrəndikdən sonra qalan vaxtını Allaha təalaya ibadət etməklə keçirən şəxsdir. Hər iki yönəliş Uca Yaradan qatında doğru və məqbuldur. Ancaq alimin etdiyi əməl Allah qatında abidin əməlindən daha üstündür. Çünki alim fərz ibadətləri xaricində qalan vaxtını elm öyrənməyə və öyrətməyə sərf edir. Uca Yardan çalışanın haqqını mütləq verir. Ondan bir şey istəyənə isə dilədiyini verir. Deməli, bilik öyrənmək özü fərz bir əməldir. Fərzin xaricində edilən ibadətləri isə nafilədir (faydalı). Haqlı olaraq fərz nafilədən üstündür.
Həzrət Peyğəmbərin (s.ə.v.) alimin abiddən üstünlüyünü özündən ən aşağı dərəcədəki səhabədən üstünlüyünə bənzətməsi mübaliğədir və elmin yüksək məqamını vurğulamaq üçün istifadə edilmişdir. Alimlər eyni zamanda peyğəmbərlərin varisləridirlər. Onlar, Allahın peyğəmbərlərə (Allah hamısından razı qalsın!) öyrətdiklərini və ilahi kitabları mühafizə edərək insanlara öyrədir, öyrətdikləri ilə əməl edir, cəmiyyətin günhalardan təmizlənməsi və axirət səadətinə çatmaları üçün ciddi cəhd göstərirlər. Buradan hərəkətlə bu varislik, elm, elmin gətirdiyi ilə əməl etmək və bununla bərabər cəmiyyətin dünya kirlərindən təmizlənərək xoşbəxtliyə yetişməsidir.
Murad Ağayev