Alimlər 15 ildən sonra Yer nüvəsinin fırlanmasının dayanacağını proqnozlaşdırıblar

0

Alimlər 15 ildən sonra Yerin daxili nüvəsinin fırlanmasının dayanma ehtimalını irəli sürüblər.

Bu barədə məqalə “Nature” elmi jurnalının saytında dərc edilib.

Mütəxəssislər xatırladıblar ki, planetin nüvəsi onun maqnit sahəsinin formalaşmasında mühüm rol oynayır.

Materialda qeyd olunub ki, Yerin mərkəzində radiusu təxminən 1 200-1 300 kilometr olan qızmış nüvə yerləşir. O, nikel və dəmirdən ibarətdir və maye xarici halqa ilə əhatə olunub. Öz növbəsində, halqa 30 kilometr dərinlikdə başlayan və səthindən təxminən 2,9 min kilometr dərinlikdə bitən mantiya ilə əhatə olunub.

Alimlər vurğulayıblar ki, daxili nüvə 1970-ci illərin əvvəllərindən qərbdən şərqə doğru fırlanırdı. 2009-2010-cu illərdə onun fırlanması tamamilə dayandı. Hazırda nüvə Yer səthinin fırlanmasına nisbətən yavaş və əks istiqamətdə hərəkət edir.

Mütəxəssislər nüvənin fırlanma istiqamətinin dəyişməsini geodinamo kimi tanınan proses vasitəsilə maqnit sahəsinin yaranmasındakı rolu ilə əlaqələndiriblər. Məqalədə qeyd olunub ki, 2040-cı ilə qədər daxili nüvə dayanacaq. Daha sonra, ehtimal ki, o, yenidən Yerin özü ilə eyni istiqamətdə fırlanmağa başlayacaq.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının...

Bağla