Alimlər siqaret qutusunun həyatdan neçə saat aldığını müəyyən ediblər

0

20 siqaretlik bir qutu insanın həyatından təxminən yeddi saat ala bilər.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” London Universitet Kollecinin araşdırmasına istinadən yazıb.

Təhlilə əsasən, gündə 10 siqaret çəkən istifadəçi 1 yanvarda siqareti tərgitsə, 8 yanvara qədər bir günlük həyat itkisinin qarşısını ala bilər. O, 5 fevrala qədər siqareti tərgitsə – bir həftə, 5 avqusta qədər tərgitsə, bir ay ömrünü uzada bilər. İlin sonuna qədər o, 50 günlük həyat itkisindən qaça bilər.

Doktor Sara Cekson nəşrlə söhbətində bildirib ki, siqaret çəkmək ilk növbədə həyatın ortasındakı nisbətən sağlam illəri “yeyir” və pis sağlamlığın başlanğıcını yaxınlaşdırır.

“Bu o deməkdir ki, 60 yaşlı siqaret çəkən şəxs adətən 70 yaşlı siqaret çəkməyən şəxsin sağlamlıq profilinə malik olur”, – o qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan XİN müavini Suriyada səfirliyin fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparıb

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib....

Bağla