ALLAH BİZDƏN NECƏ MÖMİN OLMAMIZI İSTƏYİR?

0

Allah bizdən necə mömin olmamızı istəyir? Çox ağır bir sualdır. Daha çox həyatımızı hansı ölçülər üzərində bina etdiyimizlə əlaqəlidir. Möminliyimizi necə test edəcəyik? Hansı meyarlara görə istiqamətimizin doğruluğuna inanacağıq? Yaxşı necə yenidən iman edəcəyik? Yaxud imanımızı necə canlı tutacağıq? Rəbbimizin bu ayəsini xatırlayaq: ”Ey İman edənlər! İman edin…” (ən-Nisa, 136) Allaha, Peyğəmbərinə, kitablarına, mələklərinə və daha əvvəl endirdiyi kitablara, axirət gününə imanda səbat göstərin.

Necə dəhşətli bir xəbərdarlıq!

Necə sarsıdıcı bir xəbərdarlıq!

Yəni var olan imanınızı bir daha nəzərdən keçirin. Var olan imanınızı yeniləyin, imanınızdan zərrə qədər azalma olmasın.

Zəif bir imandan müntəzəm əməl çıxmaz. İmanımızı təqlidi imandan təhqiqi iman səviyyəsinə çıxarmağa səy göstərək.

Beynimizdə onlarla sual olduğu halda Rəbbimizlə həqiqi görüşü reallaşdıra bilmərik. Peyəmbərimizin ”Ehsan” deyə təsvir etdiyi, ”Onu görürmüşcəsinə ibadəti” ürəyimizdə imanın ləzzəti olmadan necə edə bilərik?

Bəs necə tətbiq edək bunu  həyatımıza? Hər gün fərqində olmadan azaltdığımız imanımızı təkrar necə gücləndirək? Rəbbimizin ”Onların yanında Allahın adı xatırlandığı zaman imanları artar.” ayəsində ifadə buyurulan ”İman artması” necə haldır və onu necə canlı tuta bilərik? Bizim yanımızda Allahın adı xatırlandığı zaman ürəklərimiz nə qədər titrəyir? Yaxud ürəklərimiz hansı səmtə meyillidir?

Əməllərimizdə var olan əskiklik, zəiflik, laqeydlik imanımızın və daxili aləmimizin xüsusiyyətini ortaya qoymazmı?

Bu cür vəziyyətlərdə haradan başlamaq, hara müraciət etmək, dərdin çarəsini harada axtarmaq lazımdır?

İlk növbədə Rəbbimizin uca kəlamında yer alan müsəlmanın xüsusiyyətlərinə baxaq: Allah bizdən necə mömin olmamızı istəyir?

Qurani Kərimdə möminliyin tərifini verən müxtəlif ayələr var. 

Qurani-Kərim bir hidayət rəhbəri və iman edənləri Sirati-Müstəqimə istiqamətləndirmək üçün endirilmiş bir kitabdır. Hər ayəsi kamil bir qul ola bilməyin yollarını göstərməkdədir. Ancaq Rəbbimizin buyurduğu bir sıra ayələr birbaşa insanın daxili dünyasına yönəlikdir. Bir möminin necə olacaını açıq şəkildə ortaya qoyan ayələrdir.

Rəbbimiz:

 ”Onlar qeybə inanarlar, namazı qılarlar, özlərinə verdiyimiz mal və ruzidən Allah yolunda xərcləyərlər. Həmçinin onlar sənə endirilənə iman edərlər, axirətə isə şübhəsiz inanarlar.” (əl-Bəqərə, 3-4)

Qurani-Kərimi açan kimi qarşımıza çıxan bu ayələr mömin olmaq  şərtlərini xülasə edərək bizə təqdim edir:

İlk növbədə iman gəlir; güclü bir iman.

Təslimiyyət dərəcəsi zirvədə olan bir iman.

Namaz ki, ən diqqətə çarpan bariz xüsusdur. İmandan məhrum olan ilə, imanı olanı ən dəqiq bir şəkildə ayıran bir ibadət.

Mal ilə imtahanın ən qısa yolu: Allah yolunda xərcləmək. Allah üçün deyildiyi vaxt əlin titrəmədən cibə atılması.

Xülasə etsək; qeybə inanmaq, namaz qılmaq, Allah yolunda xərcləmək müsəlmanlığımızın içini dolduracağımız həyati məsələlərin başında gəlir.

Möminin qəlb halı ictimai həyatının tənziminə təsir edər. Qəlb çox mühümdür. “Allah sizin surətlərinizə və şəkillərinizə baxmaz, lakin sizin qəlblərinizə baxar. buyurulur. Diri olan qəlb əməllərdən həzz aldıracaq qəlbdir. Belə bir qəlbi səviyyəyə sahib olmaq üçün də Rəbbimizin təsvir etdiyi möminlər kimi olmaq lazımdır: 

”Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər. Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. (əs-Səcdə 15-16)

“Ey iman edənlər, Allahı çox zikr edin!” (əl-Əhzab, 41) ayəsinin gərəyi, zikri həyatımızın hər anına yayaraq, gecənin bir vaxtı isti yataqlarımızdan ayrılaraq Rəbbimizin hüzurunda durmaq güclü bir iman tələb edir.

İman təslimiyyət tələb edir. Rəbbimizin hər hökmünə, haqqımızdakı təqdirinə təslimiyyət. Təslimiyyət imanın artmasından xəbər verir:

 ”Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar. (ən-Nisa, 65) 

Möminin ticarətdəki iş əxlaqı, ailə həyatındakı əlaqələri, qohumlarını himayə etməsi, qonşuluq haqqına riayəti və kasıbın öz malında haqqının olduğu şüuruna sahib olması da möminliyinin gərəyindəndir.

Qısacası, Allahın istədiyi bir mömin Allahın yaratdıqlarına baxaraq Onun sonsuz qüdrətini görə biləcək bir qəlb gözünə sahib olmalıdır. Daim ixlas və təqva ilə Allaha yönəlməlidir. Hər şeyi Allah üçün etməli və ondan istəməlidir. Allahdan qeyrisi ilə dinclik tapa bilməyən idraka sahib olmalıdır. Bolluqda və qıtlıqda comərd ola bilməlidir. Əlindən və dilindən heç kimə zərər gəlməməlidir. İbadətlərində və günahlardan çəkinmə mövzusunda həssaslıq göstərməlidir.

Salih Zeki Meriç  

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QIŞ OLİMPİYA OYUNLARINDA MÜSƏLMANLAR ÜÇÜN İMKANLAR YARADILIB

Cənubi Koreyada bu il keçirilməsi planlaşdırılan Pxençxan 2018 qış olimpiya oyunları müsəlmanlar üçün yeni imkanların qapısını açacaq.

Bağla