İslam düşmənləri ilə yaxud İslama uzaq kimsələrlə və ya qeyri-müsəlmanlarla münasibətlərə Hz. Rasulullah (SAV) diqqət edirdi. Rasulullah (SAV):
“Allahım! Nə bir fasiqin, nə də bir facirin yardımını nəsib etmə. Çünki mənə vəhy etdiyin Quranda belə bir hökm var: Allaha və axirət gününə inanan toplumun; ataları, oğulları, qardaşları və ya qohumları da olsa Allahın peyğəmbərinə düşmən olanlarla dostluq etdiyini görə bilməzsən.” – buyurur.
Deyləminin (ra) rəvayət etdiyi başqa bir hədisdə belə buyurulur:
“Allahım! Mənə bir facirin, dünyada və axirətdə qarşılığını verməyə məcbur olacağm nemətini (yardımını) nəsib etmə.”
Bütün bunlar qəlb dünyasının qorunması istəyidir.