ALLAHIN QARŞI GƏLDİYİ ÜÇ ŞƏXS

0
  • Faiz yeyən kimsə:

 “Ey iman gətirənlər, Allahdan çəkinin və əgər iman gətirmişsinizsə, faizdən qalanı (alacağınızı) tərk edin (almayın)! Əgər (belə) etməsəniz, bilin ki, Allah və Peyğəmbəri tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız” (Bəqərə 278-279).

  • Yol kəsib quldurluq edən kimsə:

 “Allaha və Peyğəmbərinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır” (Maidə 33).

Bu ayədə bir çox quldurluq hadisələrinin baş verməsi, mürtədlər və digər müsəlman olmayanlar haqqında bəzi görüşlər vardır. Eyni zamanda, islam yol kəsib basqın edən müsəlman və ya zimmilər haqqında da hökm bildirməkdədir. Edilən cinayətin Allah və rəsuluna qarşı vuruşmaq olaraq bildirilməsi, işin nə dərəcədə mühüm olduğunu bizə göstərir. Hz. Peyğəmbərin də cəmiyyətin təhlükəsizliyini, ictimai asayişi pozan, yol kəsən, basqın edib adam öldürənləri ayətdə bildirilən cəzalara bənzər şəkildə cəzalandırıldığı rəvayətlərdə bildirilir. (Buxari, Hüdud 15-18)

  • Allahın-təalanın ixlaslı quluna düşmənlik edən kimsə:

“Bir şəxs (ixlas ilə mənə qulluq edən) dostuma düşmanlıq göstərərsə, mən də ona müharibə elan edərəm” (Buxari, Riqəq 38).

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ ABŞ ETNİK ANLAŞMA FONDUNUN PREZİDENTİ İLƏ GÖRÜŞÜB

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib. QMİ-nin mətbuat...

Bağla