ALLAHIN TƏYİN ETDİYİ YOL İSLAM

0

Ey iman gətirənlər, bütövlüklə İslama daxil olun (İslamın bütün əmrlərini yerinə yetirin)! Şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir. (Bəqərə surəsi 208)

İslam Nədir?

“İslam” kəlməsi sülh, qurtuluş və təslimiyyət mənalarına gəlir. İslam Allahın bütün peyğəmbərlərinə vəhy yoluyla bildirdiyi və onların da insanlara çatdırdığı haqq dinin adıdır. Allah qatında yeganə din İslamdır. Bütün peyğəmbərlər insanlara eyni dini təbliğ ediblər. Lakin digər peyğəmbərlərin təbliğləri daha sonrakı nəsillər tərəfindən təhrif edildiyi və başqa adlarla xatırlanmağa başlandığı üçün İslam, sadəcə Hz. Muhammədə endirilən dinin xüsusi adı halına gəlmişdir. Bu mənasıyla İslam, Hz. Muhammədin gətirdiklərini səmimiyyətlə mənimsəməkdir.

Peyğəmbərimiz belə buyurur:

İslam beş əsas üzərində qurulub. Kəlmeyi-şəhadət, Namaz,  Oruc, Zəkat, Həcc.

İslam Dininin Təməl Xüsusiyyətləri:

  • Özəyini tövhid şərti təşkil edir. Bu şərt bütün inanc əsaslarının ve ibadət hökmlərinin təməlidir.
  • Universaldır. Müəyyən bir coğrafiyaya, ya da cəmiyyətə deyil, bütün insanlığa göndərilmişdir. İslama görə insanların Allah qatında dəyər qazanmasını təmin edən tək ölçü onların təqvalarıdır. İrq, cinsiyyət, sosial status kimi xüsusiyyətlər heç bir şəkildə insanın Allah qatındakı qiymətinə təsir etməz.
  • Son dindir. Müəyyən bir zaman kəsiyinə deyil, bütün dövrlərə xitab edir.
  • Kitabı Qurani-Kərimdir.
  • Peyğəmbəri Hz. Muhamməddir. Bütün kainat üçün iki dünya səadətinə vəsilədir.

7/24 Elmihal Kitabı (İpəkyolu Nəşriyyatı)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA TÜRKİYƏ PREZİDENTİ ƏRDOĞANIN ŞƏRƏFİNƏ DÖVLƏT ZİYAFƏTİ VERİLİB VİDEO

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət...

Bağla