ALLAHŞÜKÜR PAŞAZADƏ ÇEÇENİSTANA GEDİR

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 29-da Qroznı şəhərinə gedəcək.

İdarədən verilən məlumata görə, səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə həyata keçirilir.

QMİ sədri Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edəcək.

A.Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlarla görüşlər keçirəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
50 Müsəlmanı Qətl Edən 50 Müsəlmanı Qətl Edən Terrorçunun Əlaqəli Olduğu Təşkilatın Adı Ortaya ÇıxdıTerrorçunun Əlaqəli Olduğu Təşkilatın Adı Ortaya Çıxdı

Avstriyanın baş naziri Sebastian Kurz Yeni Zelandiyada 50 nəfəri qətlə yetirən terrorçu ilə Avstriyadakı “Kimlikçilər hərəkatı” arasında maliyyə dəstəyi və...

Bağla