Allahşükür Paşazadə: “Dindarlar dövlətin siyasətini bəyənir və dəstəkləyir”

0

“Bu günlər bir-birinin ardınca fəxrlə, qürurla yaşadığımız Zəfər, Dövlət Bayrağı və müstəqil Azərbaycanın Konstitusiya Günü bayramlarının mənbəyində Ümummilli Lider Heydər Əliyevin siyasəti dayanır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev-100: Milli-mənəvi dəyərlərimiz” adlı konfransda çıxışı zamanı deyib.

QMİ sədrinin sözlərinə görə, Qarabağ zəfəri Ulu Öndərin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin şah əsəridir: “Xankəndində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi tarixi hərbi keçid iftixar mənbəyimizdir”.

O qeyd edib ki, ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir: “Dindarlar, bünövrəsi Ulu Öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə uğurla davam etdirilən dövlət siyasətini bəyənir və dəstəkləyir”.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə xidmətləri misilsizdir.

“Dahi insanın böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malik məqamdır. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub. Heydər Əliyev Ümummilli Lider missiyasını həyata keçirərək ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etmiş Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GƏLƏN HƏFTƏ BAKIDA İƏT-İN ƏMƏK MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYACAQ

Gələn həftə Bakıda İƏT-in (İslam Əməkdaşlıq Təşkilatı) Əmək Mərkəzi fəaliyyətə başlayacaq, rəhbər seçiləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin...

Bağla