ALLAHŞÜKÜR PAŞAZADƏ PORTUQALİYADA QLOBAL FORUMA QATILACAQ

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Portuqaliyaya səfər edəcək. O, mayın 14-16-da “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Lissabonda keçiriləcək KAICIID 2024 Qlobal Forumunda iştirak və çıxış edəcək.

Bildirlib ki, səfər KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi Zuheyr Alharsinin dəvəti əsasında həyata keçirilir.

Qlobal forumun nəzərdə tutulan məqsədi BMT-nin 2030-cu il gündəliyində təsbit edilən insan ləyaqətini təsdiq etmək naminə ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.

Xatırladaq ki, QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvüdür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BÖLGƏLƏRƏ GÜCLÜ YAĞIŞ YAĞIB, ÇAYLARDAN SEL AXIB

Mayın 14-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır....

Bağla