ALLAHŞÜKÜR PAŞAZADƏ QAN VERİB

0

Aşura günü münasibətilə “Təzə Pir” məscidində könüllü qanvermə aksiyası davam edir.

Aksiyaya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar qoşulublar.

Aksiyaya qatılan insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.

Toplanan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlar üçün istifadə olunacaq.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçirilir.

Xatırladaq ki, bu gün Aşura günüdür. Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN MƏSCİDLƏRİNDƏ AŞURA MƏRASİMLƏRİ KEÇİRİLİR

Azərbaycanda Aşura mərasimləri keçirilir. Mərasimlər “Təzə Pir”, Göy məscid, Bibiheybət, İmam Əli və ölkənin digər məscidlərində təşkil olunub. Hazırda onminlərlə...

Bağla