Ölkəsində yaşayan müsəlmanları və etnikləri müdafiə etdiyi üçün irqçilərin hədəfi olan Almaniyanın Vuppertal əyalətinin millət vəkili Helqe Lind bu mövqeyindən əl çəkməyəcəyini deyib.
Məlumata görə, Lind parlamentdə record sayda çıxış edib və çıxışları social şəbəkələrdə dəfələrlə paylaşılıb. Millət vəkili çıxışlarında əsasən müsəlmanları və ölkədəki etnikləri müdafiə edir, irqçiliyə qarşı kəskin mövqe nümayiş etdirir.
Bazar günü keçiriləcək seçkidə yenidən millət vəkilliyinə namizəd olan Lind, daha əvvəl ramazan bayramını təbrik etdiyi və hicab qadağasını tənqid etdiyi üçün irqçilər tərəfindən hədələnmişdi.
Alman millət vəkili son çıxışında bildirib ki, islam düşmənləri əsla bu münaqişənin qalibi olmamalıdır.
“Mövqelər önəmlidir, amma bu sadəcə sözdə qalmamalıdır və iş görülməlidir. Əvvəlki illərdə ictimaiyyətdə və Federal məclisdə hər cür düşmənçiliyə qarşı mövqeyimi nümayiş etdirdim. Müsəlmanlara istiqamətlənmiş nifrətə qarşı açıq və kəskin sözlər dedim.
Dünən bir nəfər mənə, özünün və ailəsinin fərqli davranışlara məruz qaldığını deyib. Bütün bu düşmənçiliyə son qoyulmalıdır. Müsəlmanların özlərini ifadə etmələri və haqlı çıxmaları üçün hər gün mübarizə aparıram.
İrqçi terror təşkilatı NSU və Hanau qətliamı adına və müsəlmanları alçaldan bütün müzakirələrə görə utanıram və təəssüf edirəm. İslam düşmənləri əsla qalib gəlməməlidir və mən də bu istiqamətdə susmayacağam.” – deyə Helqe Lind çıxışında vurğulayıb.