Almaniyanın Bilefeld şəhərində “14-cü Qurani-Kərim Tilavəti Müsabiqəsi” keçirilib. İslam İcması Milli Görüş (IGMG) təşkilatı qadınlar qolunun keçirdiyi müsabiqədə 25 bölgədən müxtəlif yaş qrupuna aid qızlar iştirak edib. Avropanın müxtəlif ölkələrindən 3 minə yaxın tamaşaçının izlədiyi tədbir, “13-cü Qurani-Kərim Tilavəti Müsabiqəsi”nin qalibi olmuş Sinem Fıratın Quran qiraəti ilə başlayıb.
Böyüklər kateqoriyasında müsabiqənin qalibi Gülsüm Nur Yalçın oldu. Növbəti yerləri ardıcıl olaraq Ayşənur Öğden, Betül Uçar və Əsma Dirier tutub. Kiçiklər kateqoriyasında isə ilk yeri Zeynəb Ayan, ikinci yeri Zəliha Alımlı, üçüncü yeri Süməyyə Köksal, dördüncü yeri Kubra Sıla Sevinc tutub.
Tədbirdə yer tutan qaliblərin mükafatlandırılmasından sonra 9-u Şimali Hollandiyadan olmaqla 15 qız üçün hafizlik mərasimi keçirilib.
Tədbirin sonunda “Həsənə” beynəlxalq yardım dərnəyinin təşilatçılığı ilə Kenyada su quyusu qazılması üçün yardım toplanıb.
Xəbər: Şirəli MƏMMƏDOV