ALMANİYADA 3 MƏSCİDƏ HÜCUM OLUB

0

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Boxum, Kastrol-Rauksel və Reklinqhauzen şəhərlərindəki məscidlər hücuma məruz qalıb.

Məlumata görə, Diyanet İşləri Türk İslam Birliyinə (DİTİB) bağlı məscidlərə, içində təhdid ünsürlərinin olduğu bağlamalar göndərilib.

Poçt vasitəsilə müxtəlif tarixlərdə göndərilən bağlamaların içindən türkcə və almanca təhdid və təhqirlərin olduğu məktub, Quran səhifələri, donuz əti və peyini çıxıb.

Yerli hüquq-mühafizə orqanları hadisə barədə və bağlamaları göndərənlər barədə təhqiqata başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şeyxülislam Qaraçay-Çərkəz Respublikasının rəhbərini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşüb.  Qonağı...

Bağla