ALMANİYADA DA XRİSTİANLARIN SAYI SÜRƏTLƏ AZALIR

0

Almaniyada keçirilən bir rəy sorğusu nəticəsində məlum olub ki, ölkədə xristianlıq dininin mənsubları sürətlə azalır.

“Allensbach” institunun araşdırmalarına görə, xristianların nisbəti 28% protestant, 25%-i katolik olmaqla 53%-ə qədər azalıb.

Bildirilir ki, kilsələrə üzv olmaq hərəkatı 1995-ci ildən bəri sürətlə azalmağa başlayıb. Həmçinin kilsəyə getdiyini deyənlərin nisbəti 1960-cı ildə 60% ikən, bu gün 30%-dən az qeydə alınıb.

Bu azalmanın, insanların xiristianlığa olan inancının azalması səbəbindən olduğu və bunun insanların əksəriyyətinin kilsəyə üzv olduğu son milad bayramı ola biləcəyi qeyd edilib.

Araşdırmanın yekununa görə almanların sadəcə 46%-i Tanrıya inandığını deyib.

Daha əvvəl xəbər verdiyimiz kimi, ABŞ ictimaiyyətində də xristianların sayı sürətlə azalmağa başlayıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DQİDK “Prezident İlham Əliyevin siyasəti: biz birlikdə güclüyük!” konfransı keçirib

Dekabrın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: biz birlikdə güclüyük!”...

Bağla