ALMANİYADA “FATİH” MƏSCİDİ NÖVBƏTİ HÜCUMA MƏRUZ QALIB

0

Almaniyanın Baden-Vürttember əyalətinin Sonheym bölgəsində Türkiyə Diyanət işlərinə bağlı “Fatih” məscidi naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

Hücum vaxtı məscidə girməyə cəhd edilib, məscidin qarşısındakı skamya ilə pəncərənin şüşəsi sındırılıb.

“Fatih Məscidi Dərnəyi”nin sədri Əli Özdəmir hadisənin səhər saat 04.30-da baş verdiyini, gələn şəxsin məscidə girməyə cəhd etdiyini, qapını aça bilməyərək skamyanı və pəncərəni sındırdığını deyib.   

“Son iki həftədə bu məscidimizə ikinci hücumdur. Biz məscidin camaatı və dərnək üzvləri olaraq qayğılanırıq. Hər iki hadisədə hücum edənlərin tutularaq ədalətə təhvil verilməsini istəyirik.” – deyə Əli Özdəmir bildirib.

Məscidə gələrək hücum barədə təhqiqat aparan yerli polis faktla bağlı istintaq başladıb.

Dekabrın 18-də başvermiş hücum zamanı məscidin divarına xaç çəkilmiş və qapıdakı lövhəsi rənglənmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİNİ KONFESSİYALARIN SƏDRLƏRİ PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:...

Bağla