ALMANİYADA “HİCRƏT” MƏSCİDİNİN AÇILIŞI OLUB

0

Almaniya Reynland-Pfals əyalətinin Haçenburq bölgəsinidə “Diyanət İşləri Türk-İslam Birliyi”nin (DİTİB) tikdirdiyi Hicrət məscidinin açılışı olub.

Qurani-Kərim tilavəti ilə başlayan açılış mərasimindəçıxış edən DİTİB-in sədri Kazım Türkmən məscidlərin cəmiyyətdəki əhəmiyyətindən danışıb.

Reynland-Pfals əyalət məclsinin sədri Hendrik Herinq isə məscid tikintisinin tolerantlıq nümunəsi olduğunu bildirib.

Daha sonra karantin qaydalarınna riayət edilərək məscidin açılış lentləri kəsilərək açılış baş tutub.

Qeyd edək ki, tikintisinə 2017-ci ildə başlanan və 3 min kvadratmetrilk ərazidə tikilən 600 kvadratmetrlik məsciddə eyni vaxtda 150 nəfər ibadət edə bilər.

İki mərtəbədən ibarət olan kompleksdə məscid, iclas zalı, kitapxana, sinif otaqları və 50 avtomobillik dayanacaq var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN HƏMKARINI TƏHQİR EDƏN KONQRES ÜZVÜ ÜZR İSTƏDİ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ölkə konqresinin müsəlman üzvü olan Somali əslli İlhan Omar nifrət nitqinin hədəfi olub. Məlumata görə konqresin...

Bağla