ALMANİYADA KÜTLƏVİ MÜSƏLMAN QƏTLİAMININ QARŞISI ALINDI

0

Almaniyada “Gruppe S” adlı irqçi terror qruplaşmanın müsəlmanlara qarşı hazırladığı qanlı plan meydana çıxıb. Prokurorluq bu qrupun ölkədə siyasi qalmaqal yaratmaq üçün müsəlmanlara və qaçqınlara hücum etməyə hazırlaşdığını bildirib.

Məlumata görə qruplaşmanın lideri Verner S. min nəfərlik terrorçu qrupu quraraq cümə günü bir çox məscidə eyni vaxtda hücum etməyi planlaşdırıb və burada müsəlmanları öldürün əmri verib.

Qrup üzvlərinin müsəlman və qaçqınlara istiqamətlənmiş zorakılıq hərəkəti ilə yanaşı fərqli fikirdən olan bir çox siyasətçini də hədəfə götürdüyü açıqlanıb. Həmçinin bildirilir ki, qrupun planları arasında Almaniya məslisinə hücum edərək bütün parlamentariləri öldürmək də olub.  

Almaniyada fanatik millətçi qrupları bir tavan altında toplayan qruplaşmanın hədəflərindən biri də ölkədə siyasi xaos və vətəndaş müharibəsi yaratmaq olub.

Qruplaşma üzvlərinin etirafçı olması ilə terror qrupu Almaniyanın məxfi orqanları tərəfindən çökərdilib. Hazırda faktla bağlı istintaq davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
87 İLLİK FASİLƏDƏN SONRA AYASOFİYADA RAMAZANA HAZIRLIQ BAŞLAYIB

Ötən il ibadətə açılan İstanbul şəhərindəki Böyük Ayasofiya məscidində 87 illik fasilədən sonra müqəddəs ramazan ayına hazırlıq başlayıb. Bu ramazan...

Bağla