ALMANİYADA MƏKTƏBLƏRDƏ İSLAM, DİN DƏRSİ KİMİ OXUDULACAQ

0

Almaniyanın Bavyera əyalətindəki bəzi məktəblərdə İslam dini seçməli dərs olaraq şagirdlərə oxudulacaq.

Bu barədə Bavyera əyalətinin rəsmi internet portalında məlumat yayılıb. Məlumatda, uğurlu bir pilot layihənin nəticələrinə görə əyalət hökumətinin İslam dininin seçməli dərs kimi oxudulmasına qərar verildiyi bildirilir.

“Beləliklə müsəlman şagirdlər gələcəkdə “din tədrisi” və “əxlaq” dərslərinin əvəzinə İslam dini dərsini seçə biləcəklər.” – məlumatda bildirilir.

Açıqlamada həmçinin, 2021-2022 tədris ili üçün nəzərdə tutulan layihənin ilkin olaraq 350 məktəbdə tətbiq edilməsinin planlaşdırıldığı bildirilib. Bavyeranın təhsil naziri Maykl Pyazolo, tələb olacağı təqdirdə bu rəqəmin çoxaldıla biləcəyini deyib.

Qeyd edək ki, Bavyerada 160 mindən çox müsəlman şagird var.

“Anadolu” agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA DOSTLUQ

Bir möminin dünya və axirət xoşbəxtliyində mühüm rol oynayan faktorlardan biri də yoldaşlıq etdiyi dostlarıdır. Qurani-Kərim insanı cəhənnəmlik edən səbəblərdən...

Bağla