ALMANİYADA MƏSCİD HÜCUMA MƏRUZ QALIB – FOTO

0

Almaniyanın Dortmund şəhərində naməlum şəxs “Diyanət İşləri Türk-İslam Birliyi”nə bağlı Eving Səlimiyə məscidinin qapısından donuz başı asıb.

Həmin şəxsin daha sonra asdığı donuz başı ilə şəkil çəkdirməsi məscidin təhlükəsizlik kamertasında əks olunub.

Hadisə barədə Eving Səlimiyə məscidinin sosial şəbəkədəki səhifəsindən məlumat yayılıb. Məlumatda bu cür hücumların iyrənc olduğu bildirilib.

“Bu iyrənc və tisgindirici hərəkət idarə heyətimiz tərəfindən pislənməkdədir. Əcnəbi düşmənçiliyi, İslam əleyhdarlığı və irqçilik fanatizmi Dortmund və Eving sakinlərinin tolerantlıqla yaşamaqlarına mane ola bilməyəcək.” – deyə məscidin açıqlamasında bildirilib.

Həmçinin açıqlamada, hadisədən sonra məscidi ziyarət edən Eving rayon bələdiyyə sədri Oliver Stens və Şimali Rean Vestfalya əyaləti millət vəkili Volkan Barana məscidə verdikləri dəstəyə görə təşəkkür edilib.  

Təhlükəsizlik kamerasının görüntülərinə görə, səhər saat 04.32-də məscidə yaxınlaşan naməlum şəxs məscidin qapısından donuz başı asıb və orada şəkil çəkdirib.

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ İLLƏRDİR AXTARILAN TƏHLÜKƏLİ TERRORÇULAR MƏHV EDİLİB

Türkiyədə 9 terrorçu zərərsizləşdirilib. “Haber Global” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik “Eren Kış-6”...

Bağla