Almaniyada müsəlmanların sayı çoxalaraq 5.6 milyon nəfərə çatıb. Bu barədə məlumat Federal Miqrasiya və Qaçqın Departamenti (BAMF) ilə Almaniya İslam Konfransının keçirdiyi ortaq araşdırmanın nəticəsində əks olunub. Məlumatda bildirilir ki, son 6 ildə yaşanan mühacirətin təsiri ilə ölkədə müsəlman sayı 900 min artaraq 5.3 ilə 5.6 milyona çatıb.
Bu nəticəyə görə Almaniyada olan müsəlman sayı, ölkənin ümumi əhalisinin 6.4 və ya 6.7%-dir.
Almaniyada olan ən böyük miqrant qrupu türklərdir və Türkiyədən bu ölkəyə gələnlərin sayı 2.5 milyondur. Türkiyədən olan müsəlmanların nisbəti ümumi müsəlman sayının 45%-dir.
Almaniyada olan digər miqrantların təqribən 1.5 milyonu Yaxın Şərqdən (19%) və ərəb dilli Şimali Afrika (8%) ölkələrindəndir.
Almanya’daki diğer Müslümanlardan yaklaşık 1,5 milyonunun Orta Doğu (yüzde 19) ve Kuzey Afrika’daki (yüzde 8) Arapça konuşulan ülkelerden geldiği kaydedildi.
Almaniyada yaşayan müsəlmanların təqribən 47%-i bu ölkənin vətəndaşıdır.