ALMANİYADA MÜSƏLMANLARA, “SEÇKİDƏ FƏAL OLUN” MESAJI VERİLDİ

0

“Almaniya Müsəlmanları Mərkəzi Şurası”nın sədri Ayman Mazyek, bu il ölkədə keçiriləcək seçki barədə bəyanat yayıb.

Mazyek bu il həm parlament, həm də əyalət seçkiləri olacağını xatırladarq 2 milyona yaxın müsəlmanı seçkidə aktiv iştirak etməyə səsləyib.

Şura sədri bu məqsədlə, “Mənim səsim önəmlidir” adlı afişa kampaniyası başlatdıqlarını qeyd edib.

“Bizlər Almaniyanın bir hissəsiyik. Bu kampaniya ilə demokratiya və əsas azadlıqların tərəfində olduğumuzu nümayiş etdirmək istəyirik. İstifadə etmədiyimiz hər səs, Almaniyanı təhlükəli şəkildə parçalamağa çalışan radikal irqçi və populistlərə verilmiş olacaq.” – deyə Mazyek açıqlamasında bildirib.

Qeyd edək ki, bu il sentyabr ayının 26-da Almaniyada Fedderal Məclis seşkisi keçiriləcək. həmçinin bu il müxtəlif tarixlərdə 6 əyalətdə parlament seçkisi olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-NİN BİNASI ÖNÜNDƏ XOCALI FACİƏSİNİ ƏKS ETDİRƏN SƏRGİ TƏŞKİL OLUNACAQ

ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm...

Bağla