Almaniyada naməlum şəxslər Qurani-Kərim nüsxəsini yandıraraq hərəkət edən avtomobildən məscidin qarşısına atıb.
Hadisə, Baden-Vürtemberq əyalətindəki Diyanət Türk İslam Birliyinə (DTİB) bağlı “Mimar Sinan” məscidinin qarşısında baş verib.
Təxribat barədə məlumat verən məscid dərnəyinin rəhbəri Osman Adıbelli hadisənin 8 iyul səhər saat 04.00 radələrində baş verdiyini deyib.
Adıbelli şikayət etdiklərini, kamera görüntülərini polisə verdiklərini və hadisə barədə təhqiqat başladıldığını qeyd edib.