Almaniya Şimali Ren Vestfalya əyalətinin Remşayd şəhərində Diyanet İşləri Türk-İslam Şurasının təşəbbüsü ilə tikilən məscidin açılışı olub.
Tikintisinə 2014-cü ilin fevral ayında başlanan və 2 min kvadratmetrilk ərazidə tikilən Remşayd Mərkəz məscidində eyni vaxtda 500 nəfər ibadət edə bilər.
Bir minarəsi olan məscid kompleksinin 50 avtomobillik dayanacağı, müasir sinif otaqları və konfrans zalı var.
Məscidin açılışında iştirak edən Diyanet İşləri Türk-İslamŞurasının sədri Kazım Türkmən, müsəlmanların Anadoludan Avropaya gedərkən hər yerdə özlərinə ev almamışdan əvvəl məscid tikdiklərini xatırladıb.